Paylaş

Model Daniella Çavez portuqaliyalı ulduz Kriştiano Ronaldo barədə qalmaqallı açıqlama verib.

Çavez məşhur futbolçu ilə bir müddət münasibətdə olduğunu, o zamanlar Ronaldonun İrina ilə sevgili olduğunu dilə gətirib.

Çili gözəli Ronaldo ilə ABŞ-da tanış olduğunu söyləyib:

“Ronaldo ilə 2014-cü ildə ABŞ-da tanış olmuşam. Skypе və е-mаil vasitəsiylə danışırdıq. Əvvəl mənimlə danışmağa utanırdı, daha sonra güvənməyə başladı. O, məni sevirdi, amma bunu göstərmək istəmirdi. Sadəcə bir yuxunu gerçəkləşdirib onunla sevişmək istədim. Ronaldo üzümü, sinəmi və təbiiliyimi çox bəyənirdi. Ancaq heç vaxt yataq münasibətimiz olmadı ”.

Qafqazinfo.az