Paylaş

“Real”ın hücumçusu Kriştiano Ronaldo antirekorda imza atıb.

Portuqaliyalı futbolçu “Las Palmas”la La Liqa matçında (2:1) topa cəmi 28 dəfə toxunub.

Bu, Ronaldonun La Liqa oyunlarındakı ən pis göstəricisi olub. O, daha öncə “Malaqa” ilə görüşdə də topa az (37 dəfə) toxunmaqla diqqət çəkib.

Qeyd edək ki, Ronaldo cari mövsüm La Liqada keçirdiyi 29 oyunda 27 qol vurub və 9 məhsuldar ötürmə verib.

Qol.az