Paylaş
275 mini xərçəngli uşaqlara bağışladı
Portuqaliya millisinin kapitanı, ulduz oyunçu Kriştianu Ronaldo daha bir təqdirə layiq addım atıb.

Oyunu və gördüyü xeyriyyə işlərilə məşhur olan Ronaldo bu dəfə də ənənəsini davam etdirib. Belə ki, futbolçu “AVRO 2016” çərçivəsində qazandığı 275.000 avro bonusu xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi üçün bağışlayıb.

Qafqazinfo