Paylaş

Ronaldo yeni mövsümdə 7-ci matçda 4-cü dəfə fərqlənib

Portuqaliya millisinin və İspaniya “Real”ının futbolçusu Kriştianu Ronaldo yeni avtomobili ilə şəklini paylaşıb.

İspaniya çempionatının son turunda “Betis” üzərində 6:1 hesablı qələbədən məmnun qalan portuqaliyalı oyunun ertəsi gün “İnstaqram”da izləyicilərini salamlayıb.
O, yeni “Lamborcini Aventador”la çəkdirdiyi şəkli paylaşaraq, “Sabahınız xeyir” statusu ilə diqqət çəkib. Ronaldonun bu avtomobili 260 min funt-sterlinq dəyərindədir.
31 yaşlı hücumçunun 515 at gücünə malik nəqliyyat vasitəsi önündə poza verməsinə özünün uğurlu çıxışı da rəvac verib. “Betis”lə görüşdə sonuncu qolun müəllifi olan Ronaldu yeni mövsümdə 7-ci matçda 4-cü dəfə fərqlənib.