Paylaş

Müğənni Roza Zərgərli rəsmi saytının yenilənmiş formasını təqdim edib. Bu haqda sənətçi Kishi.az-a açıqlama verib:

“Mənim saytım 2010-cu ildən fəaliyyətdədir. O vaxt böyük təqdimat keçirtmişdik. Üç domen əsasında ilk dəfə biz bu saytı yaratdıq. İndi isə sayt yeni dizayn, yeni işlər əsasında yeniləndi. Hazırda təqdim olunmuş saytımız eyni saytın yenilənmiş formasıdır. İfaçı olduğum üçün bütün sosial şəbəkələrdə “İnstagram”, “Facebook” , “Youtube” kanalım olsun və yaxud da, hardasa müsahibələrim, istər verilişim olsun, yəni,  bu işləri axtaran dinləyicimiz, tamaşaçımız, oxucumuz avtomatik olaraq mənim saytıma qonaq olacaq. Çünki bunların hamısı birləşib bir sayta və bu həm də qorunma sisteminə görə belədir. Çünki bu yaxınlarda “Youtube” kanalımızdan  bir klipimizi sildirdilər, ona görə də belə qərara gəldik ki, hamısını saytımıza qoşaq ki, onun təhlükəsizliyi ilə məşğul olan insanlar rahat işləyə bilsin.  2-3 ildən sonra yenə də yenilənəcək. “Sibir çiçəyi” adlı kitabımızın təqdimatı olandan sonra artıq 2-ci kitabımın yazılmasına başlayanda bu kitab satışdan götürüləndən sonra onun səsli internet versiyasını edəcəyik və bu da bizim saytda yerləşdiriləcək”.