Paylaş

10 may tarixində keçirilən “Eurovision 2016” mahnı  müsabiqəsinin birinci mərhələsi ilə bağlı  Murad Arif  Kishi.az-a müsahibə verib. O bildirib ki, istəsək, onluğa düşə bilərik:

“Gözəl Səmramız haqda deyim ki, həm mahnı, həm də bizim qız səhnədə sanki daha da canlandı və şəxsən mənə maraqlı gəldi. Dilarə Kazımova (Start a fire), Elnur (Hour of the wolf) və Eldar & Nigar (Runninng Scared) nömrələrinə baxanda, Səmranın nömrəsi daha parlaq idi. Qalibiyyətə inanmıram. Bu, bizə sərf etməz. Məncə ölkəmizin planlarına daxil deyil. Ümumiyyətlə, “Eurovision” qələbələrinə ölkələrin strategiyası kimi yanaşıram. Səmranın geyimi müsabiqənin formatına cavab verir. Amma daha açıq-saçıq olsaydı daha gözəl olardı.

Hollandiya təmsilçisinin Səmraya evlənmə təklifi etməsi kimi şaiyə maqazin xəbərləri normaldır. Ciddi qəbul edilməsin. Belə şeylər gündəm xatirinə düşünülür. Xatırlayırsınızsa, Araş və Aysel arasında da belə bir şaiyə yayılmışdı. Qeyri səmimi bir promo gedişdir”.