Paylaş

“Saç tökülməsinin səbəbləri arasında genetik faktor ilk sıradadır. Genetik olaraq bəzi tüklərin qidalanması ilə bağlı olan mübadilə problemləri baş verir”.

Bu sözləri Kişi Magazine üçün  saç tökülməsi ilə bağlı müsahibə verən həkim dermatoloq Emil Muradxanlı deyib. Onun sözlərinə görə saç tökülməsinin digər səbəbləri isə stress, dehidrotostestiron hormonunun yüksək olması, vitamin çatışmazlığı kimi problemlərdir:

“Bunlardan əlavə keçici səbəblər də mövcuddur. Məsələn, şüalanma keçici olaraq saç tökülməsinə səbəb olur. Ardınca saç yerini özü bərpa edir. Bunu xüsusilə qeyd edim ki, təkcə saç tökülməsi hələ saç problemi sayılmır. Əgər saç tökülməsi və saç seyrəkliyi eyni anda baş verirsə, bu hallar xəstəlik hesab oluna bilər. 2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri tərəfindən günlük saç tökülmə sayı 35 olaraq müəyyən olunub”.

Emil bəy onu da qeyd edib ki, saçın yetişməsi üçün lazım olan vitaminlər və mineral maddələr var:

“Minerallar arasında müstəsna rolu olanlar sink, selen və dəmir elementidir. Vitaminlərdən isə biotin, fol turşusudur. Amma bu o demək deyil ki, vitamin qəbul etməklə vitaminçatışmazlığı aradan qalxır. Vitamin çatışmazlığının səbəbi qidadakı vitaminlərin bağırsaq tərəfindən və ya qanımızdakı bəzi birləşdirici zülalların çatışmazlığından irəli gələn sovrulma problemidir. Qidadakı vitamin problemi deyil. Əslində biz vitaminlərin kiçik bir hissəsini mənimsəsək, bu bizə bəs edər. Müalicə effekt verməyəndə saç əkimi dünyada yaxşı alternaltiv metod sayılır”.