Paylaş

Stilist Samiraldo “Eurovision 2016” təmsilçisi Səmranın geyimi barədə fikirlərini Kishi.az-la bölüşüb. O, bildirib ki, belə açılışda gecə klubuna aid olan geyimi  geyinmək düzgün deyil:

“Açığı deyim ki, dünənki açılışda Səmranın geyindiyi geyimi heç bəyənmədim. Fikirləşirəm  ki,  qırmızı xalçada gedəndə  uzun don geyinsəydi yaxşı olardı. Ayaqqabıları çox xoşuma gəldi. Amma o ayaqqabı ilə başqa  əhval-ruhiyyəli,  rəngli  don geyinsəydi,  daha gözəl  olardı. Səmra çox gözəl və dəbli xanımdır. Onun öz şarmı var. Amma fikirləşirəm ki, gərək  nəyi  harada geyinmək lazım olduğunu nəzərə alsın.

Dünənki şou çox xoşuma gəldi. Onun saç düzümü, makiyajı çox sadə, geyimi şouya uyğun  və  rahat idi. Özünü çox sərbəst aparırdı. Bu səhnədə mütləq vacibdir ki, insanın geyimi rahat olsun. Avropanın ən böyük səhnəsinə çıxıbsa, onun geyimini ancaq alqışlaya bilərəm. Avropanın ən böyük müsabiqəsində necə geyinməli idi ki? Buna heçnə demirəm. Amma fikirləşirəm ki, əlində bayraq olarkən geyiminə fikir verməlidir. Dünyaya sübut etməliyik ki, Azərbaycanın  öz gözəl  stili, parçaları, geyimləri  var”.