Paylaş

“Hər insanın özünə məxsus bədəninin qoxusu vardır ki, bu qoxuya əsasən eyni ətir hər bədəndə başqa iy verir. Ətri mütləq bədənə vurmaq lazımdır ki, həmin qoxu bədən iyimiz ilə qarışsın.”

Bu sözləri stilist Samiraldo ətirlərdən düzgün istifadə qaydasından danışarkən deyib. Stilist eyni zamanda onu da bildirib ki, insanların istifadə etdiyi ətirlər fəsildən asılı olmayaraq dəyişik olmalıdır:

“Bildiyimiz kimi bir neçə gündür artıq havalar isti keçməyə başlayıb və belə günlərdə ətir seçiminə xüsusi diqqət yetirilmədir. Mən belə havada iki-üç ətri qarışdırıram. Eyni ilə geyimlərdə olduğu kimi, məsələn, mən səhər evdən çıxanda hava bir balaca soyuq, günorta isti, axşam evə gedəndə yenə soyuq olur. Buna görə də, çalışıram ki, özümlə jaket götürüm, indi ətirlərdə də belədir. Əslində, insan ətrlərində həmişə dəyişlik olmalıdır,  fərqi yoxdur ki, qış fəslidir yoxsa yay. Ətirlər həmişə qarışıq olmalıdır. Bir ətirdən istifadə etmək lazım deyil. Həmçinin ətri heç vaxt yaxından vurmaq lazım deyil, ətir mütləq uzaqdan, boynun kənarından vurulmalıdır. Bizim xanımlar isə, çalışırlar ki, ətri geyimə vursunlar. Əslində ətri geyimə vurmaq olmaz. Ətri mütləq bədənə vurmaq lazımdır ki, həmin qoxu bədən iyimiz ilə qarışsın.

Ətirlər müxtəlif cür olur. Məsələn, bədənə vurulan ətirlər tamam başqa ətirlər olur, saç üçün tamam başqa ətirlər olur, paltarın öz ətri var ki, bunlar xüsusi olaraq geyimlərə vurmaq üçün hazırlanır. Yəni, ətirlər mütləq qarışdırılmalıdır. Onları qarışdıranda gözəl bir kompozisiya yaranır. Bizim xanımlar nə edirlər? Bir ətri on dəfə vururlar. Ona görə də, paltarda ləkə qalır, saçda da tökülmələr gedir.”

Sonda Samiraldo xanımlara öz məsləhətlərini də verdi:

“Xanımlara məsləhət görərdim ki, öz gözəliklərini qorusunlar. Həyat gedir, yaş gedir və problemlərdən nə qədər bərk yapışırsızsa problemlər bir o qədər də çoxalır. Ona görə də, ancaq ürəkləri istiyəni geyinsinlər, ürəklərinə yatan hər şeyi istifadə etsinlər və heç nəyə qənaət etməsinlər. Çalışsınlar ayaqqabıları da, çantaları da, ətirlər də bahalı olsun. Geyimə heç vaxt çox pul verməsinlər. Tez-tez özlərinə kənardan baxsınlar.”