Paylaş

Əziz oxucular, sinir sistemi problemləri ilə bağlı bizə ünvanladığınız suallara mütəxəssislərin cavabını təqdim edirik. Məqaləni diqqətlə oxuyun, bəlkə burada sizi də maraqlandıran sualın cavabını tapacaqsınız.
Sizin də səhhətinizlə bağlı hər hansı sualınız varsa, onları həkimə getmədən bizə ünvanlayın, mütəxəssislərimiz cavablandırsın.
P.S Suallarınız “Sağlam Ailə” tibb mərkəzinin peşəkar həkim heyəti tərəfindən cavablandırılır.

1. Oxucu sualı: Salam, həkim, məndə axrıncı bir aydır ki, baş ağrıları yaranıb. Ağrıkəsicilərdən istifadə etsəm də, baş ağrım dayanmır. Eyni zamanda, havanın günəşli ya soyuq olmasından asılı olmayaraq burnum axır. Bu miningitə ya da hansısa xəstəliyə işarə ola bilərmi?

1. Həkim cavabı: Ümümiyyətlə, başağrıları heç də həmişə qorxulu xəstəliyə işarə deyil. Ancaq ilk dəfə yaranan və ağrıkəsici preparatlarla keçməyən başağrısı həkimə müraciət və müayinə üçün mütləq göstərişdir. Baş ağrılarına səbəb ola bilən bir çox amil var:

• arterial təzyıqin dəyişməsi
• miqren (boyun damarlarının tonusunun pozulması)
• iltihabi proses, infeksion xəstəliklər
• nevralqiya
• veqetativ disfunksiya
• intoksikasiya
• onurğa sütununun boyun fəqərələrinin xəstəlikləri (m. osteoxondroz)
• burun ciblərinin iltihabı – haymorit, frontit (ağrı alın və gicgah nahiyəsində yaranır)
• otit (qulağın iltihabı)
• göz xəstəlikləri
• yorğunluq, gərginlik, psixoemosional nasazlıq və s.
Burunun axmasının səbəbi allergik, infeksion, vazomator, atrofik, hipertrofik rinit və digər xəstəliklərin əlaməti ola bilər.
Həkim-nevropatoloq və LOR-həkiminin müayinəsi məsləhətlidir.

2. Oxucu sualı: Salam, həkim. Mənim 38 yaşım var. 5-6 ay olar ki, gecə-gündüz ayaqlarım ağrayır. Bəlkə bu fiziki işlərlə bağlıdı deyib 2-3 gün demək olar ki, heç bir iş görmədim, amma yenə də ağrılarım kəsmədi. Bunun səbəbi, müalicəsi nədir?

2. Həkim cavabı: Ayaqlarda ağrılara müxtəlif mənşəlli xəstəliklər səbəb ola bilər:
• venoz damar çatışmazlığı, ateroskleroz, flebit
• əzələ toxumasının artması, miozit
• travmatik zədələnmə
• müxtəlif nevroloji xəstəliklər (nevralqiya)
• oynaq xəstəlikləri (osteoporoz, artrit)
• şəkərli diabet, artıq çəki
• onurğa sütünun xəstəlikləri (yırtıq, protruziya)
• yastı pəncəlik və s.
Həkim baxışı Sizə dəqiq səbəbini araşdırmaq üçün köməklik edə bilər.

3. Oxucu sualı: Salam həkim. Mənim qolumda revmatizm var. Dirsəklərim havalar soyuqlaşmağa, küləkli keçməyə başlayan kimi şiddətli ağrımağa başlayır. Bundan tez zamanda qurtulmaq üçün nə etməliyəm?

3. Həkim cavabı: Havanın dəyişməsi ilə əlaqədər yaranan oynaq ağrısı bir çox hallarda (revmatizm və birləşdirici toxumanın digər diffuz xəstəlikləri, müxtəlif mənşəli digər oynaq xəstəlikləri , astenovegetativ pozulmalar və s.) baş verə bilər.
Və yaxud orqanizmin başqa nahiyəsinin xəstəliyi də hər hansı bir oynağa yayıla bilər. Vaxtaşırı təkrarlanan eyni oynaq ağrısı, Sizin timsalınızda dirsək oynağı, revmatizm üçün çox xarakterik deyil.
Müalicəni təyin etməzdən öncə mütləq diaqnoz təstiqlənməlidir və yaxud həqiqi səbəbi araşdırılmalıdır. Həkim-terapevt və yaxud revmatoloq müayinəsi məqsədəuyğundur.

4. Oxucu sualı: Salam, həkim. Mən çox sevinəndə, ya da əsəbi olanada əllərim əsir. Özümü psixoloji sakitləşdirməyə çalışsam da, bacarmıram. Ən azı yarım saat kimi çəkir bu əsməcə. Bu hansısa xəstəlikdən xəbər verir?

4. Həkim cavabı: Dediyiniz bu hal tibbi dildə tremor adlanır. Tremorun səbəb olan bir neçə amil var : fiziolojı , essensial, pis vərdişlər, sinir sisteminin xəstəlikləri, psixoemosional gərginlik və s.
Burada Sizin yaşınızla yanaşı digər nevroloji əlamətlərin olub-olmaması mühüm əhəmiyyət kəsb edir. Bəzən qalxanabənzər vəzinin xəstəliklərində də bu simptoma təsadüf olunur.
Həkim-nevropatoloq müayinəsi vacibdir.
5. Oxucu sualı: Salam, həkim. Sağ qulağımzəif eşitməyə başlayıb. Bu zəiflikdən bir müddət sonra isə 2-3 dəfə qulağımdan sarı su kimi maye axmışdı, fikir verməmişdim. O günlərdə yenə qulağım ağrıdı, bu dəfə daha tünd rəngli su axdı. Bu xəstəlikdi? Ya da ola bilər ki, qulağım zədələnib?

5. Həkim cavabı: Eşitmənin zəifləməsi və qulaqdan maye gəlməsi Sizin qulağın daxilində gedən patoloji proseslə əlaqəli ola bilər. Bunlardan bir neçəsi aşağıdakılardı:
• xarici qulağın otiti
• qulaq keçəcəyinin furunkulu
• orta qulağın iltihabı və s.
Bəzi hallarda isə qulaq kiri maye kimi axa bilər, və tıxandığı zaman eşitmə zəifliyinə səbəb ola bilər.
Lakin heç bir tədqirdə öz-özünə müalicə etməyə qərar verməyin, bu dahada ciddi problemlərə səbəb ola bilər.Tez bir zamanda LOR-həkimə müraciyət edin ki, sonraki ağırlaşmalardan özünüzü qorumuş olasınız.

Qeyd: Əgər Siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam Ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.