Paylaş

Hər bir xalqın səhər yeməyi ilə bağlı öz zövqü və üstünlük verdiyi amillər vardır. Məsələn, ingilislər səhər yeməyinə yulaf yarması, qarğıdalı yarması, ilıq bişirilmiş yumurta və tünd təzə dəmlənmiş çay içməyi xoşlayırlar. Amerikanlar isə əksər hallarda səhərə portağal şirəsi içirlər, fındıq yağı ilə hazırlanmış buterbrodlar, qızardılmış çörək və s yeyirlər. Ənənəvi fransız səhər yeməyi isə – kruassan və bir fincan südlü qəhvədən ibarətdir. 

Belə hesab olunur ki, ən xeyirli sabah yeməyi –ingilislərə, ən sürətli amerikanlara, ən dadlı isə fransızlara məxsusdur. Beləliklə bizim də öyrənməli olduğumuz çoxlu amillər var.

Bir çox alimlər hesab edirlər ki, yaşlı adamlar öz yemək rasionlarını elə nahardan başlaya bilərlər. Zəngin səhər yeməyinin vacibliyi haqqında fikirlər isə amerikan qarğıdalı çəngələrinin istehsalçıları tərəfindən irəli sürüldüyü deyilir.

Qidalanma institutunun mütəxəssisləri belə hesab edir, ideal səhər yeməyinin tərkibi belə olmalıdır: enerji axınını təmin etmək üçün dənli bitkilər; dərhal enerji və vitamin emalı üçün meyvələr; zülal və mineral maddələri təmin etmək üçün – süd məhsulları.

Statistikaya əsəsən səhər vaxtı evdə yeməyən avtomobil sürücüləri adətən səhər vaxtı baş verən nəqliyyat qəzalarının iştirakçılarına çevrilirlər.

Diyetoloqlar ( pəhriz mütəxəssisləri) səhəri bir stəkan su, çay və ya şirə ilə başlamağı tövsiyə edir. Maye orqanizmə yuxudan ayılmağa və qidanın həzm olunması prosesini başlamağa kömək edir. Həmçinin də süd məhsullarını diqqətdən kənarda qoymayın.

Mütəxəssislər “torağaylara” (günün birinci yarısı daha aktiv olan insanlara) səhər yeməyi zamanı qəhvədən imtina etməyi tövsiyə edir. Onlara lazım olan məhz yaşıl çaydır. “Bayquşlarda” (günün ikinci yarısı daha aktiv olan insanlar) isə vəziyyət fərqlidir, onlar səhəri bir fincan qəhvə olmadan keçirməkdə çətinlik çəkirlər. Qəhvə onlara daha gümrah olmaqda kömək edir. Səhər saatlarında “bayquşların” iştahası hələ yatmış olur. Ona görə də onların səhər yeməyi daha yüngül olmalıdır. Bir neçə saat sonra isə kəmərin altını bərkitməyin əsl vaxtı yetişir.

Hər səhər tezdən portağal şirəsi içmək ənənəsi demək olar ki, bütün Avropa ölkələrində və Amerikada yayılıb. Bu heç də əbəs yerə deyil. Şirə sizi gün ərzində bol vitamin C ehtiyatı ilə təmin edir.

Səhər tezdən süd ilə müsli yeyin və siz nahara qədər heç nə yemək istəməyəcəksiniz. Həm də bu qida sizə lazımı enerji miqdarı verəcəkdir.

Bəzi insanlar arıqlamaq niyyəti ilə səhər yeməyini ötürür, amma əksər hallarda bu zaman əks tendensiya müşahidə olunur, onlar daha çox çəki yığır, nəinki itirirlər. Yadda saxlayın ki, səhər yeməyindən imtina böyük ehtimallara piylənməyə gətirib çıxarır.

Bir sıra diyetoloqlar hesab edir ki, bizim əhval-ruhiyyəmiz, yaddaşımız, təfəkkür və idrak qabiliyyətləri bizim nə yeməyimizdən asılı olaraq dəyişir. Qidalanma institutunun alimləri bu məsələ ilə bağlı bir sıra inanılmaz faktlar sübut ediblər. Məsələn səhər çağı biz şirniyyatlar yeməklə, heç də özümüzü daha gümrah etmirik. Əksinə orqanizmin aktivliyi daha da aşağı düşür.

Səhər tezdən ac qarına idman etmək olmaz! Əgər siz səhər qaçışından öncə heç nə yeməsiniz, orqanizm şəkər çatışmazlığı ilə üzləşə bilər.

Mütəxəssislərin tövsiyəsi: səhər yeməyində müəyyən meyarlara riayət edin. Səhər yeməyinin tərkibini yüngül etmək daha yaxşıdır. Səhər müxtəlif sıyıqlar, alma, şirə və tərəfəz yeyin.  Yaxşı olar ki, “ağır” qidaları daha sonraya saxlayasınız.