Paylaş

Əgər əvvəllər bir qonaqlığa, görüşə hazırlaşarkən bizi ən çox düşündürən məsələ həmin məkanda, ordakı insanların gözündə yaraşıqlı görünmək idisə, indi narahat olduğumuz əsas məsələ həmin an çəkdirəcəyimiz şəkillərdə nə dərəcədə yaxşı görünəcəyimizdir.
Məlum olduğu kimi hər görüşdən, qonaqlıqdan qayıtdıqdan sonra biz istəsək də, istəməsək də facebook, instagram səhifələrimiz dostlarımızın paylaşdığı şəkillərlə bəzənir. Bəzi hallarda həmin an nə qədər yaraşıqlı göründüyümüzü düşünsək də, şəkillərdəki yalnış duruşumuz və yaxud da şəkil çəkənin səriştəsizliyi bizi fotolarda heç olmadığımız dərəcədə çirkin, səliqəsiz göstərə bilər.
Bu dəfəki məqalədə sizə şəkil çəkdirərkən ideal nəticə əldə etmək üçün əməl etməli olduğumuz qaydalar haqqında məlumat verəcəyik. Əziz kişilər, diqqətli olun! Sosial şəbəkələrdəki izləyici kütlənizin qarşısında məyus olmaq istəmirsinizsə, fotossesiyalar zamanı bu qaydalar əməl edin.

Saç
İlk olaraq saçlarınızdan başlamağınız vacibdir. Saçlarınızın baxımlı və səliqəli görünməsi üçün saç gelindən istifadə edin. Saçınız yağlıdırsa, yenə də təssüflənməyə dəyməz. Saç geli onu qısa vaxtda formaya sala bilər.

Dəri
Şəkildə üzünüzün parlaq görünməsini istəyirsinizsə, ağardıcı kremlərdən istifadə edin. Bu vasitə eyni zamanda dərinizi artıq yağlardan da xilas edəcək.

Saqqal
Mütəxəssislər üç santimetr uzunluqda saqqal sağlamağınızı məsləhət görür, çünki belə olan zaman üz şəkildə daha fotogenik görünür. Məsləhət olunur ki, əgər vacib görüşə, qonaqlığa dəvət olunmusunuzsa və saqqal saxlamaq fikriniz varsa, ən azı iki həftə ərzində saqqalınıza əl dəyməyin.

Geyim
Kişilər, həm ətrafdakıların, həm də sizi yalnız fotolarınızdan tanıyan şəxslərin gözündə yaraşıqlı görünmək üçün üzərinizə tam oturan, ölçülərinizə uyğun (nə çox dar, nə çox enli) geyimlərdən istifadə edin. Bu hər şeydən əvvəl şəkildə səliqəli görünməyiniz üçün vacibdir.

Duruş
Fotoqraf Weston Wellsin fikrincə, şəkil çəkdirərkən hər kəsin bilməli olduğu bir əsas qayda var: bu da düzgün duruş, baxış formasıdır. Kamera qarşısında nə qədər özünəinamlı formada dayansanız, bu sizi bir o qədər xarizmatik göstərəcək. Bunun üçün ilk bilməli olduğunuz başınızı dik tutmağınız və çənənizi azca yuxarı qaldırmalı olduğunuzdur.

Belə, əziz kişilər, qeyd etdiyimiz bu kiçik qaydalara əməl etməklə facebook və instagram səhifənizdə dostlarınızın qəfil sizi işarələyib paylaşdığı heç bir şəkilə görə peşman olmayacaqsınız.