Paylaş

Leonardo DiKaprio ilə “The Wolf of Wall Street” filminə çəkildikdən sonra məşhurlaşan aktrisa Marqot Robbi “Woman’s Day” jurnalına maraqlı açıqlamalar verib.

26 yaşlı aktrisa “standart olaraq seksual görünmək istəmirəm” deyib.

Avstraliyalı ulduz Hollivudda görünüşündən çox işi ilə məşhur olmaq istəyir:

“Filmdəki kişi obrazla münasibəti ilə deyil, öz güclü obrazı ilə seçilən qadını canlandırmaq istəyirəm. “The Wolf of Wall Street” və “Focus” kimi filmlər mənə ağıllı qadınları oynamaq üçün şans verdi”.

 

Axşam.az