Paylaş

“Eurovision 2016” müsabiqəsində Azərbaycanı təmsil edəcək Səmra Rəhimlinin növbəti məşqi baş tutub.

“Qloben-Arena”da keçirilən məşqlər zamanı çəkilən fotolar sosial şəbəkədə paylaşılıb.

S.Rəhimli yarışmada geyinəcəyi libasları da nümayiş etdirib. Onu səhnədə rəqqaslar müşayiət edib.

“İkinci məşq günü mənə dəstək olan hər kəsə təşəkkür edirəm. İki libas geyindim. Amma onlar arasından hansını seçəcəyimə qərar verə bilmirəm. Mənə kömək edin, hansı yaxşıdırsa, yazın” deyə, S.Rəhimli izləyicilərinə müraciət edib.

Qeyd edək ki, “Eurovision 2016” müsabiqəsi mayın 10-dan 14-nə kimi İsveçin paytaxtı Stokholmda baş tutacaq. S.Rəhimli müsabiqədə ölkəmizi “Miracle” mahnısı ilə təmsil edəcək.

semra1

semra2Axsam.az