Paylaş

İsveçin paytaxtı Stokholm şəhərində “Eurovision 2016” müsabiqəsinin ilk yarımfinal mərhələsi baş tutub. “Qloben Arena”da gerçəkləşən yarışmada 61 ölkə iştirakçısından 18-i səhnəyə çıxıb. Azərbaycan təmsilçisi Səmra Rəhimli də ilk yarımfinalda çıxış edib.

14-cü yerdə çıxış edən Səmra ilk olaraq yarımfinala keçib. İlk 5-likdə Azərbaycanla yanaşı, Rusiya, Niderland, Macarıstan və Xorvatiya olub.