Paylaş

Müğənni Əli Mirəliyev “Eurovision 2016” musiqi yarışması ilə bağlı fikirlərini Kishi.az-la bölüşüb. O, yarışmada milli musiqilərdən və bəstəkarların bəstələrindən istifadə olunmamasını düzgün hesab etdmədiyini bildirib:

“Keçənilki müsabiqələrdə ermənilər  zurna, balaban ilə çıxış ediblər. Bizimkilər isə Avropaya üz tuturlar. Gözəl  bəstəkarlarımız var: Nailə Mirməmmədli, Eldar Mansurov, Faiq Sücəddinov-bunlar, doğrudan da, professionaldırlar. Xalqın musiqisi qalıb bir qıraqda, bizim musiqimizin içində xarici musiqi dövran eliyir.

Azərbaycan musiqisinin özünün janrları var. Biz avropalı deyilik, biz azərbaycanlıyıq. Mən Səmranın çıxışını bəyənmədim, ümumiyyətlə elə janra qulaq asmıram. Mən demirəm Səmra pis oxuyur, amaa mən o tərz ifaları bəyənmirəm.  Səhnə performansına, geyiminə gələndə isə, ümumiyyətlə, mən axşam tam olaraq izləməmişəm. Ancaq düşünürəm ki, Səmranın tərzi, davranışları bir azəri xanımını xatırlatmır”.