Paylaş

Bu gün Azərbaycanın internet məkanında yeni bir material yayımlandı. Guya sərxoş sürücülərə görə cərimə azaldılıb. Və mən bunun həqiqət olub olmadığını müəyyənləşdirmək üçün sadəcə sizə müqayisəli cədvəl verəcəm.

Qərarı özünüz verin.

Əvvəl

İndi

Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

152-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –

300 manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

333.1 Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən,  psixotrop maddələrdən və ya güclü təsir göstərən digər

maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – 400 manat cərimə və 5 bal və ya nəqliyyat vasitəsini

idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

152-1.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan və nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edən şəxs tərəfindən bu Məcəllənin 151.2 və ya 151.3-cü maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə –

nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 400 manatdan 500 manatadək miqdarda cərimə edilir

Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- 400 – 500 manat nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə

məhdudlaşdırılmaqla, və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə,

pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.

Bu müqayisəli cədvəl nəticəsində bizə məlum olur ki, sərxoş halda keçmiş maddədə 151.2 (qırmızı işıq, “giriş qadağandır” ,ayrıcı zolağı kəsərək sola və geriyə dönmə və s) və 151.3 (qəza şəraiti, tabesizlik və s) maddəsini pozulması indiki maddədən çıxarılıb.

İndi içkili surətdə qırmızıda keçsən belə cərimən konkretdir. Və bunu əminliklə söyləmək olar ki, cərimənin DYP tərəfindən tədbiq olunması zamanı şəxsin qayda pozuntusunun  həcmi nəzərə alınır. Ehtimal edək biri sadəcə içkilidir , o biri qırmızıda keçir və yerində müəyyən olunur ki, bu adam içkilidir.

O zaman birinə 400 manat və 5 bal, digərinə isə məhdudlaşdırma tədbiq edilə bilər.

Məsələn Rusiya Federasiyasında da eyni vəziyyətdir. Yəni içkili qırmızıda keçməyi ayrıca maddədə təsbit etmirlər. Buna ehtiyac yoxdur. Eyni məntiqlə içkili surətdə plyonka vurmağın da cəriməsi olmalıdır :-) Beynəlxalq təcrübədə belə cəza növü yoxdur. Sadəcə içkili halda avtomobil idarə etmə zamanı etdiyin digər qayda pozuntuları vətəndaşın cəzasının ağırlaşmasına səbəb ola bilər. Yeni maddədə 400-500 manat cərimə saxlanılıb və bu sərxoş halda təkrarən sükan arxasına əyləşməyə tədbiq edilib. Digəri isə çıxarılıb.Vəssəlam.

Avtostop.tv