Paylaş

Bu gün bir çox sürücülər avtomobillərə səs boğucular quraşdırırlar. Maşın ustası Sahil Ağabəyli Kishi.az-a səs boğucuların avtomobilə təsirlərindən danışır.

“Səs boğucular avtomobilin gedişinə təsir edir. Bu həm avtomobilin benzin sərfiyyatının artmasına, həm havada səs çoxluğuna, həm də insanların narahatçılığına səbəb olur. Səs boğucudan istifadə edən sürücülərə tövsiyəm odur ki, qətiyyən bu kimi hallardan istifadə etməsinlər. Ona görə ki, bu səsli avtomobillər zamanında var idi, dünyanın hər yerində  də olub. Bu gün o işlə məşğul olmağı heç kimə məsləhət görmürəm”.