Paylaş

Avropa Liqasının finalında “Liverpul”a 3:1 hesabı ilə qalib gəlməklə turnirin qalibi olan “Sevilya” yeni rekorda imza atıb.

İspaniya təmsilçisi ardıcıl 3-cü dəfə turnirin qalibi adını qazanan ilk klub kimi tarixə düşüb.

Daha öncə Madrid “Real”ı 1985 və 1986-cı illərdə ardıcıl iki dəfə UEFA kubokuna sahib çıxıb. Lakin “Sevilya” son üç mövsümdə uğurlu çıxışı ilə “Real”ın rekordunu yeniləyib.

Qeyd edək ki, tarixi ərzində 5-ci dəfə Avropa Liqasının qalibi adını qazanan “Sevilya” bu uğura son 10 ildə (2006, 2007, 2014, 2015, 2016) nail olub.

Qol.az