Paylaş

Siqaret asılılığı müasir dövrün problemlərindən biridir. Bununla yanaşı, siqaretin insan sağlamlığına verdiyi zərərləri saymaqla bitmir. Kishi.az aile.lent.az-a istinadən türkiyəli həkim-mütəxəssis Abdullah Açıqgözün siqaretin bədəndə yaratdığı zəhərləri təmizləmək üçün məsləhətlərini təqdim edir.

Məlumdur ki, uzun illər boyu çəkilən siqaret bədəni ağır nikotin təbəqəsi ilə birlikdə zəbt edir. Həkim bildirir ki, bəzi qidalar bədəni bu maddələrdən təmizləməyə qadirdir. Həyata ciddi yönümdə mənfi təsir edən siqaretin zərərləri asanlıqla əldə edə biləcəyiniz qidaların tərkibindəki maddələrlə təmizlənə bilər: “Uzun illər tütün istifadə edib sonradan bu vərdişini tərgidən insan bədənini nikotindən təmizləmək istəsə, bəzi qidalarla bunu bacara bilər. Üstəlik, bu qidalar nikotini təmizləməklə yanaşı başqa faydalarla da zəngindir”.

Həkim siqaretin düşməni qidaları bu cür sıralayır:

Zəncəfil

Antioksidanlar siyahısına başçılıq edən zəncəfil ağciyərlərin təmizlənməsini təmin edir. Buna görə də zəncəfil çayı içərək siqaret istəyini azaltmaq qərarı yolunda addımlaya bilərsiniz. Əgər istəsəniz, zəncəfil bitkisini də yeyə və ya yeməklərinizdə istifadə edə bilərsiniz.

Kivi

Nikotini bədəndən atmağa nail olur və bol miqdarda vitamin tərkiblidir. Bundan başqa, enerjili və gumrah olmağınızı təmin edir.

Nanə yarpağı

Tərkibində bol miqdarda dəmir mineralı və dezinfeksiyaedici xüsusiyyətli maddə olan nanə yarpağı sayəsində bədəniniz və ağciyərlərinizdə olan nikotindən xilad ola bilərsiniz.

Kök

Siqaret aludəçisisinizsə, çəkdiyiniz hər siqaretdəki nikotinin bədəninizdə 3 gün qaldığını unutmayın. Dəriyə zərər verən nikotinin bu təsirinə qarşı kök suyu içə bilərsiniz. Vitaminlər baxımından zəngin olan kök və kök suyu dərinin özünü yeniləməsi və nikotindən təmizləməsini təmin edir.

Sonda  A. Açıqgöz bildirir ki, siqareti tərgitdikdən sonra metabolizma yavaşlamasını hər gün nizamlı bir formada 2,5 litr su içərək, aradan qaldırmaq olar: “Siqareti tərgidənlər yüksək kalorili qidalardan başqa yüngül qidalar da yeyə bilərlər. Bəzi insanlar çay və kofe içən zaman siqaret çəkir. Bu cür insanlar siqareti unutmaq üçün bir müddət çay və kofedən uzaq dura bilərlər. Su isə bədəndəki zərərli maddələrin təmizlənməsi üçün çox vacibdir. Bədən susuz qaldıqda hüceyrələrin yenilənməsi və nikotin təsirlərinin azalması çətinləşir”.