Paylaş

Hər kəs bilir ki, siqaret sağlamlığımıza mənfi təsir göstərən vərdişlərdən biridir. Lakin, təəssüflər olsun ki, siqaret çəkənlər bu vərdişlərdən uzaqlaşa bilmədikləri üçün, bir çox xəstəliklərlə üzləşirlər. Siqaret bütün orqanlarımızda müxtəlif xəstəliklərin yaranmasına səbəb olduğu kimi, cinsi sağlamlığa da ziyandır. Siqaretin cinsi həyata təsirləri:
Bütün bədən sisteminə pis təsir edən siqaret, şəxslərin cinsi həyatlarında da problem yaşamalarına, qadın-kişi münasibətlərinin sarsılmasına səbəb olur. Qan-damar sisteminə təsir edən siqaret cinsi istəyin azalması ilə nəticələnir.
Siqaretin cinsi həyata təsirləri arasında cinsiyyət orqanı xəstəlikləri də yer alır. Bu səbəbdən də, cütlüklər arasında cinsi əlaqə sonlanır. Cinsi orqanlarda rast gəlinən xəsçəng xəstəliyi, cinsi əlaqəyə daha çox pis təsir edir.