Paylaş

Əvvəlki yazımızda kişilərin sızanaq problemi haqqında danışmışdıq. Bu dəfə isə sızanaqlardan  xilas olmaq üçün bir neçə maskaları qeyd edirik:

Üz üçün nəmləndirici maska

Vəsaitlər:
Yumurta sarısı, süd

Hazırlanışı:
Bir qabda yumurta sarısı və bir qaşıq südü qarışdırın. Bu qarışığı üzünüzə sürtün üzərini incə bir bezlə örtərək on beş dəqiqə gözləyin. Ardından kağız dəsmalla silərək təmizləyin. Daha sonra sırasıyla ilıq və soyuq suyla üzünüzü yuyun.

Quru və nəmsiz bir dəriniz varsa bu maska sizin üçün birə-birdir. İçində olan yumurta sarısı dərinizi bəsləyərkən süd nəmləndirəcək, yumşaqlıq verəcək və möhkəmləşdirəcək.
Bu maskanı həftədə bir dəfə tətbiq etmək lazımdır.

Qara nöqtələrin sonu gəlir

Vəsaitlər:
Limon suyu ,qatıq

Hazırlanışı:

Bir kasa qatığa bir limonun suyunu qarışdırın. Bu qarışığı gözlərinizə gəlməməsinə diqqət yetirərək üzünüzə vurun və 15 dəqiqə gözləyin. Üzünüzdə quruyan maskanı ilıq suyla yuyun.

Limon suyu dərini dezinfeksiya edib sızanaqları qurudar və qara nöqtələrin itməsinə köməkçi olar. Qatıq isə dərini bəsləyər, nəmləndirər və yağ miqdarını tarazlayar.
Bu maska həftədə bir dəfə tətbiq oluna bilər.

Digər maskalar

1 su stəkanı turş nar suyu ilə yarım su stəkanı sirkə qarışdırılır. Bu suya batırılan pambıqla, sızanaqların üzərinə kompres edilir.

4 stəkan suya 2 xörək qaşığı cökə qoyulur. 20 dəqiqə qaynadıldıqdan sonra təmiz və incə bir tənzifdən süzülür. Bu suya batırılan yumşaq bir dəsmal ilə sızanaqların üzərinə kompres etməy lazımdır.

1 çay stəkanı sirkəyə 5 dənə quru ərik qoyulur. 5 dəqiqə sonra əriklər sudan götürülüb, sızanaqların üzərinə sürtülür.

med.az