Paylaş

“Bütün informasiyların hazır şəkildə smartfonlarla tapılması insanın öz yaddaşını istifadə etməməsinə və nəticədə  gələcəkdə ağır problemlərin yaranmasına yol açır”.

Bu sözləri nevropatoloq Rima İbadova deyib:

“Ümumiyyətlə müasir texnologiya dövründə əslində insanları smartfonlardan istifadəsiz təsəvvür etmək olmaz. Ancaq bunun faydalı tərəfləri olduğu kimi zərərli tərəfləri də var. Bizə müraciət edən pasientlərin çoxunda bu smartfonların tək mesajlaşma yox, bütün funksiyalarından həddindən artıq istifadə etməsi nəticəsində əlavə təsirlərin olmasını müşahidə edirik. Bu təsirlərdən birincisi, körpə yaşlarda uzunmüddətli smartfonlardan istifadə edilməsi, oyunların oynanılması, müxtəlif cizgi filmlərinə baxılması, autizm kimi ünsiyyət problemlərinin, diqqətsizliyin, interaktivlik kimi simptonların, ünsiyyət və davranış problemlərinin yaranmasına səbəb olur. Bir qədər sonra, məktəbli uşaqlarda dərsə qarşı diqqətsizlik, yaddaşsızlıq kimi problemlərə yol açır. Daha böyük yaşlarda smartfonlardan istifadə yaddaşımızı kütləşdirir və bir növ alzeymer- ağıl zəifliyi xəstəliyinin yaranmasına, cavanlaşmaya gətirib çıxarır”.