Paylaş

Bu gün Avropa Liqasında final oyunu keçiriləcək. Bu həlledici görüşdə “Liverpul” və “Sevilya” komandaları üz-üzə gələcək.

Kishi.az  xəbər verir ki, bu barədə futbol şərhçisi Rövşən Binnətli GSR.fm-ə müsahibə verib. O bildirib ki, hər iki komanda kifayət qədər güclüdür:

“Sevilya” ardıcıl olaraq neçə ildir ki, ikinci dərəcəli turnirdə olsa da, çox uğurlu çıxışları olub. Onun iki dəfə ardıcıl kuboku qazanması bir kubok komandası olmağı anlamına gəlir. Bəzi komandalar var ki, bəlkə çempionatda istənilən səviyyədə oynaya bilmir, amma kubok oyununda qarşısıalınmaz olur. Sevilya da belə komandalardandır. Yəni, bir oyunun nəticəsini öz xeyirlərinə dəyişməyi çox yaxşı bacarırlar. Komandanın məşqçisi bu istiqamətdə futbolçularla yaxşı yol tapıb. Bu baxımdan onların çox böyük təcrübəsi var. Amma tarixdən bilirik, ki “Liverpul” komandası da kubok komandasıdır. Ən ümidsiz vəziyyətdə belə özündə güc tapıb əlindən gəldiyi qədər istədiyi nəticəni əldə edə bilən komandadır. Onun “Milan”-la Çempionlar Liqasındakı oyunu xatırlamaq kifayətdir. Mənim düşüncəmə görə bugünki final Avropa Liqası Turnirində son vaxtların ən baxımlı finalı olacaq. Komandaların imkanlarının qiymətləndirilməsinə gəldikdə isə iki komandadan birinə birmənalı şəkildə üstünlük vermək çox çətindir. Ümumiyyətlə, kubok oyunlarında şanslar əlli-əlliyə hesablanır. Burada isə özünü daha qabarıq şəkildə özünü göstərir. Yekun nə qədər gərgin keçsə, nə qədər bərabər şəraitdə oyun davam etsə də, sonda “Liverpul” komandasını daha şanslı görürəm”.