Paylaş

Almaniyada bir komanda spermanın daha aktiv olmasına kömək edən və kişilərdə sonsuzluğun qarşısını alan kiçik bir robot təkmilləşdirib. Əgər tədqiqatçılar laboratoriya nəticələrini uğurla insan bədəninə yerləşdirə bilsələr, bu, övlad sahibi olmaq istəyən cütlüklər üçün yeni çarə olacaq.

Bu sperm robotlar miniatür metal spirallardır və  spermanın yumurtalığa çatmasına kömək etmək üçün kifayət qədər böyükdür. Robotlar alimlər tərəfindən idarə olunan maqnit sahəsindən güc alırlar.

Yeni sperma robotlar, ilkin mərhələdə cütlüklərin süni mayalandırma və balon körpə etdirməsindən daha təsirli və az bahalı ola bilərlər. Dəmir və titan nanohissəciklərindən yaradılan kiçik robotların uzunluğu 50 mikron, diametri 5-8 mikrondur. (1000 mikron 1 millimetrdir)

Komanda növbəti mərhələdə spermbotların istiqamətinin idarə olunması üsulunu inkişaf etdirmək üzərində çalışır. Bu perspektivli başlanğıcdır, amma bunun inkişaf etdirilməsi üçün ediləcək çox işlər var.