Paylaş

Bu gün Çempionlar Liqasının yarımfinalında “Real” (Madrid) – “Mançester Siti” komandalarının cavab oyunu keçiriləcək.

Bu barədə müsahibə verən idman şərhçisi Tural Dadaşov bildirib ki, Ronaldonun meydanda olması öz sözünü deyəcək:

“Bu cütlükdə “Real Madrid” sözsüz ki, favorit hesab olunur. Nəzərə alsaq ki, yarımfinaldadır və Keylor Navasın oyuna hazır olmadığı, zədəli olması haqqında informasiya var. İlk oyunda meydanda görmədiyimiz Kriştiano Ronaldo artıq tam hazır vəziyyətə gətirilib. Sözsüz ki, dünyanın ən yaxşı iki futbolçusundan biridir və “Real Madrid”in lideridir. Bugünki oyunda Ronaldonun meydanda olması öz sözünü deyəcək. Bugün “Real Madrid” “Mançester Siti” oyununda birmənalı olaraq böyük əksəriyyət “Real Madrid ” komandasını favorit, finala daha layiqli komanda olaraq görür”.

GSR.fm