Stressdən qurtulmaq üçün 12 qızıl qayda

Paylaş

Son zamanlar insanlar gərgin iş rejimi, mövsüm dəyişikliyi və müxtəlif problemlər səbəbindən stressdən əziyyət çəkirlər. Əgər  vaxtında stressdən azad olunmasa, zaman keçdikcə stress dərinləşir, orqanizmdə ürək-damar, mədə-bağırsaq xəstəliklərinin, xroniki baş ağrılarının, hətta onkoloji problemlərin yaranmasına da səbəb olur.

Azərbaycanda fəaliyyət göstərən 3 psixoloqun – Elnur Rüstəmov, Təhminə Çələbi, Nurlana İsmayılovanın müsahibəsi əsasında stressdən azad olmaq üçün sizə 12 qızıl qaydanı sizə təqdim edirik:

1. İnsan öz daxili ilə hormoniyada olmalıdır.

stres 1.1

2. Stress yaradan faktorlardan uzaq olun, stressli situasiyalara soyuqqanlı reaksiya verməyə çalışın.

1429193884_nature_or_man

3. Ailədaxili münasibətlərə daha çox önəm verin və canlı ünsiyyətə vaxt ayırın.

family-engagement

4. İstirahətinizi təşkil edin, bol-bol səyahət etməyə çalışın.

destinia-bitcoin-travel

5. Mütailə sizə stressdən azad olmağa kömək edəcək. Bundan başqa musiqiyə qulaq asmaq və maraqlı film seyr etmək də sizə faydalı olacaq.

kitab

6. Zamanınızı düzgün bölün.

7. Meditasiya və ya yoqa ilə məşğul olun, bunun sizə faydası olacaq.

8. Çalışın yaradıcı işlərlə məşğul olun, məsələn art-terapiya, rəsm çəkmək və ya rəngləmək, əl işləri hazırlamağın da sizə köməyi olacaq.

terapia

9. İdmanla məşğul olun ki, xoşbəxtlik hormonlarınız artsın.

sport

10. İnsanın yataq rejimi düzgün olmalı və sağlam qidalanmalıdır. Bu da stressdən azad olmaq üçün şərtdir.

sleeping-man

11. Gündə ən az 30 dəqiqə təmiz havada gəzin və ya velosiped sürün.

1063618794-poi824.290-qx100

12. Gecə yatmadan öncə üzmək də stressdən azad olmaqda faydalıdır. Suyla təmasda olmaq insanı stressdən uzaqlaşdırır.

Ən vacib olan odur ki, insan emosiyalarını içində saxlamamalı və bunu bildirməlidir.