Paylaş

Gündəlik həyatda müxtəlif hadisələrlə qarşılaşırıq. Bu hadisələr isə əhvalımıza müxtəlif cür təsir edir. Əhvalımızın necə olması sözsüz ki, öz növbəsində gördüyümüz işin keyfiyyətini müəyyənləşdirir. Bu dəfəki məqalədə sizin əhvalınıza təsir edən əsas amil-stress haqqında danışacağıq. Daha dəqiq desək, stressi aradan qaldırmağın yolları haqqında.
Araşdırmalara görə, işləyən hər 5 nəfərdən biri gün ərzində stress içində olur. Stressli olan adam isə baş ağrısı, həzm problemləri, yuxusuzluqdan əziyyət çəkir. Bu da öz növbəsində insanın psixologiyasına təsir edir. Psixoloji vəziyyətinizin qeyri normal olması həm işdəki məhsuldarlığınıza, həm də şəxsi həyatdakı davranışlarınıza təsir edir.

Nəzarət
Stressdən qurtulmaq üçün hisslərimizlə mübarizə aparmağı öyrənməliyik. İnsanların bununla bağlı düşüncələri isə fərqlidir. Əksər hallarda onlar mübarizə yolları axtarmır. Nəticədə isə günün yeni başlamasına baxmayaraq avtobusda, yolda qarşılaşdığımız ən xırda anormal vəziyyət, kiminsə davranışı bütün gününmüzü stres içində keçirməyimizə səbəb olur, amma unutmayın: nəqliyyatda, iş yerində mütləq sizi əsəbiləşdirəcək nələrsə tapılacaq. Bu zaman tək çıxış yolu hər xırda detal üzərində fikirləşib, əsəbiləşməmək, özünə hakim olmağı bacarmaqdır.

Gəzinti
Əgər işdə nəyəsə əsəbiləşmisinizsə, işdən çıxanda, ya da dostlarınız zəng vuranda onlarla da əsəbi səs tonuyla danışmayın. Bununla yalnız ətrafınızdakı insanları itirə bilərsiniz. Əksinə, əgər işdə nə isə qaydasında deyilsə, həmin gün mütləq dostlarınızla görüşün, işdən sonrakı vaxtınızı xoş keçirməyə çalışın.

Yeməklər
Stress zamanı diqqət yetirməli olduğunuz məqamlardan biri də düzgün qidalanmadır. Əlbəttə ki, yalnız stresli olduğunuz zaman deyil, həmişə qida rasionumuza diqqət tməliyik. Amma bu vəziyyət xüsusi həssaslıq tələb edir. Bu zaman siz daha vitaminli yeməklərlə qidalanmalısınız. Unutmayın stres vəziyyətində zərərli vərdişlərin (siqaret, içki, narkotik) sizə heç bir xeyiri olmayacaq.
Stressdən uzaqlaşmaq üçün aşağıda sizin üçün tərtib etdiyimiz cədvəl də köməyinizə gələ bilər. İşdə və ya evdə olmağınızıdan asılı olmayaraq gündəlik planlarınızı aşağıdakı sistem üzrə qurmağa çalışın.

07:00
Günə bir stəkan portağal şirəsi içməklə başlayın. Çünki, stressdə olan insanlara davamlı Vitamin C lazımdır. Məsələnin həllinə belə başlamaq olar.

08:00
2 saatınızı idmana ayırın və fiziki işlərlə məşğul olun.

11:00
İdmandan sonra zövqünüzə uyğun mahnılara qulaq asmağa çalışın. Seçdiyiniz musiqilər nə qədər pozitiv, ritmik olsa, əhvalınıza da bir o qədər xoş təsir edəcək.
13:00
Gündəlik cədvəlinizə mütləq piyada gəzintini əlavə etməlisiniz. Yaxşı olar ki, yarım saat, bir saat kimi gəzərək təmiz hava qəbul edəsiniz.

15:00
Dostların əhatəsində olmaq sizin stressinizi azaltmağa səbəb olacaq.

18:00
Bu vaxtda soyuq içkilərdən istifadə edə bilərsiniz.

20:00 
Balıq yeyərək öz bədəninizə omega-3 qazandıra bilərsiniz.

21:00 
Kitab oxumaq sizin fikirlərinizi uzaqlara aparacaq. Ən azından kitab oxuduğunuz zaman gündəlik həyat qayğılarından 1 saatlıq da olsa qurtulmuş olacaqsınız, bu isə sizi stressdən uzaqlaşdıracaq.

23:00
Günə sağlam başlamaq istəyirsinizsə, 7-8 saat yatmağınız mütləqdir. Bunun üçün də axşam saat 11-dən etibarən TV-dən və kompyuterdən mütləq uzaqlaşmalısınız. Rahat və tez zamanda yatmaq istəyirsinizsə, bu əsas şərtlərdən biridir.