Paylaş

ABŞ-da edilən  araşdırmaya  görə, rezin və avtomobil təkərlərindən hazırlanan qara plastik maddələrin, arsen, civə, qurğuşun və s. maddələrin  süni çəmən ilə sıx  təmasda olan şəxslərin bədənlərinə rahatca keçə biləcəyi müəyyənləşdirilib.

Washington Universiteti futbol komandasının texniki direktoru Amy Griffin, hazırda ABŞ-da aktiv olaraq futbol oynayan 158 idmançıda xərçəng diaqnozu qoyulduğunu, bu idmançıların da böyük əksəriyyətini  qapıçıların təşkil etdiyini vurğulayıb.

Qapıçıların dəfələrlə sıçrayış etdiyini və bədənlərinin müəyyən bölgələrində cızıqlar yarandığını söyləyən Griffin, “Yaranan bu sıyrıqlar sahədə olan qara plastik parçalar ilə təmas edir və plastik içərisində olan kanserogen maddələr qan yolu ilə idmançılara keçə bilir. Xərçəng hallarının çoxu isə qan ilə əlaqəlidir”  dedi.

Sözügedən plastikləri istehsal edən böyük firmalar isə bu iddialara qarşı çıxaraq, istehsal etdikləri plastik maddələrin etibarlı olduğunu söyləyirlər.

Milliyet