Paylaş

Paul Walker əvvəllər modellik edən amerikalı aktyordur.  1973-cü il, 12 sentyabrda Los Ancelesin Qlendale bölgəsində anadan olur. Öncə Alfred Nobel məktəbində və  Foreman liseyində təhsil alan aktyor  1991-ci ildə məzun olduqdan sonra bir neçə kolleclərdə dəniz biologiyası üzrə oxuyur.  O, dəniz biologu Jacques-Yves Cousteaunun heyranı olur.

Paul Walker 2 yaşında 1970-ci illərin “Pampers” adlı reklamında oynayaraq efir kariyerasına başlayır. 11 yaşında, yəni 1985-ci ildə televiziya üçün işləməyə başlayır. “Highway to Heaven”, “Touched by an Angel”, “Throb” adlı layihələrdə iştirak edir. “Monster in the Closet” Paulun rol aldığı ilk film olur. Film 1986-cı ildə yayımlanır. Aktyor 1999-cu ildə “Varsity Blues” adlı filmi ilə diqqət mərkəzində olmağı bacarır.

Paul Walker tanınmasına səbəb olan film isə 2001-ci ilə çəkilən “The Fast and the Furious” (Forsaj) adlı film olur. Vin Diesellə birlikdə baş rolu paylaşan Paul Walker filmdə “Brian O’Conner”  adlı obrazı canlandırır. Aktyor bu filmdən sonra bir çox macəra filmlərində oynayır. 2001-ci ilin fevralında “MostBeautifulMan.com”  Walkeri ayın ən yaraşıqlı kişisi seçir, 2002-ci ilə isə “People” jurnalı onu “Dünyanın ən yaraşıqlı 50 insanı” siyahısına daxil edir. 2006-cı ildə “Running Scared” və Antraktikada çəkilən “Eight Below” filmlərində oynayır.

Aktyorun 1999-cu il təvəllüdlü Meadow adlı  qızı var.

2013-cü il, 30 noyabrda Paul Walkerin dostunun sürdüyü maşın yüksək sürətə görə nəzarətini itirir və ağaca çırpılır. Qəza nəticəsində  “sürət həvəskarı”  olan 40 yaşlı aktyor vəfat edir.