Paylaş
Şirkətin rəhbərliyi avtomobillərin sınaqlarının keçirilməsi ilə bağlı razılıq ala bilib

Çinin nəhəng İnternet xidməti və axtarış sistemi olan “Baidu” özünün tərtib etdiyi sürücüsüz avtomobili ABŞ-ın Kaliforniya ştatının yollarında sınaqdan keçirməyə başlayıb.

Bir qədər əvvəl Çin Xalq Respublikasının hökuməti ölkə ərazisində bu tip avtomobillərin sınaqların keçirilməsinə qadağa qoyulması ilə bağlı məlumat dərc edib.  Məhdudiyyət ölkədə sürücüsüz avtomobillərin leqallaşdırılması haqqında qanun qüvvəyə minənə qədər davam edəcək.

Ancaq “Baidu” şirkətinin rəhbərliyi ABŞ-ın Kaliforniya ştatının rəhbərliyindən sürücüsüz avtomobillərin sınaqlarının keçirilməsi ilə bağlı razılıq ala bilib.

Avtosfer.az