Paylaş

Statistikaya görə, pivə dünyada ən populyar alkoqollu içki  sayılır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bütün  istehlak olunan maye növlərinin ümumi reytinqində pivə su və  çaydan sonra üçüncü yer tutur.

Pivəyə olan bu diqqət heç də təsadüfi deyil. Bu, nəinki ətirli və dadlı, həm də faydalı içkidir.  Pivənin həddən artıq çoxsaylı  mümkün olan növləri mövcuddur və hər bir pivə qurmanı öz ürəyincə olanı tapa və seçə bilər.

Pivənin ən vacib tərkib hissəsi maya otudur. Məhz o, pivəni ətirli və dadlı edir. Alimlər uzun müddət maya otunun xassələrini öyrənmiş və qərara gəlmişlər ki, o onkoloji xəstəliklərlə mübarizədə kömək edir. Maya otunun tərkibində  qırmızı şəraba və yaşıl çaya nisbətən daha  çox antioksidantlar mövcuddur.

Pivənin faydalı xassələri bununla  da  bitmir. Pivədə silisium tapmaq olar. Bu maddənin dəyəri ondan ibarətdir ki, o, sümük  toxumalarında kalsiumun və mineralların çox yaxşı ayrılmasına səbəb olur.

Pivəyə olan sevginin hədləri yoxdur. Bu köpüklü  içkinin pərəstişkarları bütün dünyada pivə festivalları təşkil edirlər və orada iştirak edirlər.  Festivallarda pivə hazırlayan şirkətlər öz çeşidlərini nümayiş etdirir, dequstasiyalar, müsabiqələr keçirirlər və tədbirlərin əyləncə hissəsini təşkil edirlər.

Ən populyar pivə festivalı Almaniyada keçirilən  «Oktoberfest» festivalı sayılır. O, hər il  Münhendə keçirilir və 6 milyondan çox adam yığır.

Pivə hazırlama sənəti yalnız XVIII əsrin sonlarında kişi peşəsi olub. Bundan əvvəl pivənin  hazırlanması ilə peşəkar qadın aşpazlar məşğul olublar. Belə  bir meyil pivə hazırlandığı  bütün ölkələrdə, o cümlədən  Avropa ölkələrində müşahidə edilib. Yeri gəlmişkən,  qədimdə pivənin himayədarları da qadınlar  olub.  Məsələn, qədim şumerlərdə pivə ilahəsi Ninkasi, misirlilərdə isə Menket sayılırdı.

Pivə sonunda o qədər populyar oldu ki, fobiyanın meydana gəlməsi səbəbinə çevrildi. Çenosilli kafobiya,  məsələn, boş pivə stəkanı qarşısında qorxudur və bu  fobiyanı tamamilə anlamaq olar, çünki ətirli  içkinin qurtarmağını istəmirsən.

pivePivə nəinki ən populyar içki növlərindən  biridir, həm də ən qədim içki növlərindən sayılır. Bəzi  məlumatlara görə, ilk pivə hələ neolit dövründə, b.e.ə. 9500 il əvvəl hazırlanıb. Bəzi  mənbələrdə isə qeyd olunur  ki, Qədim Babilistanda lazımi keyfiyyətdə pivə hazırlamağı bacarmayanları qaynar qablarda batırırdılar.

Hazırda pivə hazırlama işi bazarın çiçəklənən və inkişaf etməkdə olan seqmentidir. Pivənin 400-ə  yaxın növü var. Onların hər birinin dadına baxmaq  çox çətin vəzifədir. Ən  çox fərdi pivə markası Belçikadadır. Ən yaxşı pivə  hazırlayan digər favorit ölkələr Almaniya, Çexiya və İngiltərə hesab edilir.

Keyfiyyətli pivə heç də əlyetərli alkoqollu içki deyil.  Əlbəttə, hər hansı bir supermarketdə cibə uyğun pivə tapmaq olar. Lakin onları əsl  keyfiyyətli pivə hesab etmək olmaz. Bu, köpüklü içkinin qiymətləri çox tərəddüd edir.  Belə ki, dünyada ən bahalı pivənin dəyəri 1000 dollara çatır.

«Ginnes» pivəsi bütün dünyada məşhurdur.  Bu tünd rəngli İrlandiya pivəsi çoxdan ad çıxarıb. Onu qədəhə süzmək əsl sənətdir.

Ən  çox pivə Çexiyada içilir. Bu, birinci il deyil ki, təsdiq olunur və heç kimə çexlərə çatmaq və onları ötmək nəsib olmayıb. Bu göstəricilər kişi əhalisinin hər nəfərinə düşən istehlak olunan  pivənin miqdarını nəzərə alaraq hesablanıb. Bu rəqəm ildə, demək  olar ki, 152 litr təşkil edir.

Qeyd etmək lazımdır ki, daha bir pivə  rekordu məhz Çexiyada qeydə alınıb. Belə ki, 1 litr pivənin içilməsində ən yüksək  sürət 4,11 saniyədir.

Köpüklü pivənin populyarlığı və faydalı xassələri diqqətdən kənarda qala  bilməzdi. Pivəni bu gün həm yaşlılar, həm də cavanlar ciddi öyrənirlər. Hətta pivə hazırlama işinin bütün incəliklərini dərk edən  və pupulyar alkoqollu içkinin tərkibini qiymətləndirən bütöv bir elm  mövcuddur. Bu  elm zitologiya adlanır.

pive2İnsan sağlamlığı üçün vacib olan pivənin daha bir faydalı xassəsi ondan ibarətdir ki, pivə böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır.

Bu göstəricilər Amerikanın epidemiologiya  jurnalında dərc olunub.  Alimlər müəyyən ediblər ki, bir  şüşə  pivə gün ərzində böyrəklərdə daşların yaranma  riskini 40 faiz azaldır.

Münhen pivə institutunun (bəli belə bir institut var)  alimləri maraqlı fakt aşkar ediblər. İndi elmi cəhətdən sübut edilib   ki, 1 litr filtrlənmiş pivə 1 litr südə  nisbətən 10 dəfə faydalıdır. Bu, əsasən yalnız pivənin tərkibinə daxil olan nadir maddələr və zəngin tərkiblə əlaqədardır.

Şüşədən  pivə içmək  böyük səhvdir. Pivə somelyesi ( fransızca  somelye – şərabın qorunması və əlavə olunması üçün  məsul olan restoran işçisidir) deyəcək ki, əgər siz köpüklü içkinin əsl dadına baxmaq və onun zəngin ətrini dərk etmək istəyirsinizsə, bunu heç bir halda etmək olmaz. Yeri gəlmişkən, hər bir pivə növü  üçün müxtəlif stəkanlar uyğun gəlir və onların sayı çoxdur.

Sim-Sim.az