Paylaş

Fevralın 14-20-də Antalyada taekvondo üzrə beynəlxalq turnirlər keçiriləcək. Əvvəlcə fevralın 14-dən 16-dək Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən G1 kateqoriyalı üçüncü “Turkish Open” beynəlxalq turniri təşkil olunacaq.

Kishi.az olaraq taekvondo üzrə milli hakim, jurnalist Təranə Xudabaxşıyevanın mövzu ilə bağlı fikirlərini öyrəndik. Onun sözlərinə görə, Azərbaycana ən azı 3-4 medal gətiriləcək. Həmçinin Təranə xanım bildirdi ki, qadınların son dövrlərdə taekvondoya marağı artıb.

“Taekvondo ile əvvəl kişilər daha çox maraqlanırdı  son dövrlər qadınların sayı da çoxalıb. Amma say etibarilə yenə də kişilər çoxluq təşkil edir. Qadınların sayı artdıqca rəqabət artır və daha güclülər yarışır. O ki, qaldı yarışlara hər il 8 mart ərəfəsində qızlardan ibarət yarışlar olur. Artıq bu ənənə halını alıb. Mənə bu sualı çox verirlər ki, qadınlardan ibarət taekvondo klubu açmaq istəyirsənmi ? Məşq keçmək fikrim hələki yoxdur. Hazırda sırf jurnalistika və taeknvondoda hakimliklə məşğulam. Amma gələcəkdə təlabat çox olarsa, niyə də olmasın” .