Paylaş

Bakının Vahid Nəqliyyat Konsepsiyasında paytaxtda fəaliyyət göstərən taksilərlə bağlı yeni qaydalar öz əksini tapıb.

Kishi Magazine Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib ki, Bakıda taksi sürücüləri üçün vahid geyim forması tətbiq ediləcək. N.Allahyarova bildirib ki, bununla bağlı məsələ Bakının Vahid Nəqliyyat Konsepsiyasında şərt kimi qoyulub. O bildirib ki, Konsepsiyada həmçinin taksilərdə taksometrlərin və POS terminalların quraşdırılması məsələsi öz əksini tapıb. N.Allahyarova qaydalara əməl etməyən sürücülərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəyini deyib.