Paylaş

Taksidə şirin yuxuya getdi, oyananda acı reallıqla üzləşdi. Vaşinqtonda taksiyə əyləşən bir sakinin maşında yatması ona baha başa gəlib. Yol boyu müştərini narahat etməyən sürücü oyananadək avtomobili idarə edib. 1 kilometrlik məsafə üçün taksiya əyləşən sakin 171 dollar yol pulu ödəməli olduğunu eşidəndə, qulaqlarına inanmayıb. Avtomobilə minər-minməz yuxuya gedən müştərinin nə baş verdiyindən xəbəri olmayıb. Avtomobilin 115 kilometr yol getdiyinə həm inanır, həm də inana bilmir. Taksi sürücüsü isə bütün şəhəri dövrə vurduğunu avtomobildəki məsafəölçən qurğu ilə sübut edib.

Dünyanın ən böyük onlayn taksi xidməti olan UBER şirkəti yaşanan hadisə ilə bağlı münasibət bildirməyib. Taksi sürücülərinin müştərilərin yatacağı təqdirdə sərgiləməli olduğu davranışın, qanunlarda öz əksini tapmaması isə bu cür qalmaqallara yaşıl işıq yandırır.

Avtosfer.az