Paylaş

İsveçdə  insanları depressiyadan çıxarmaq üçün xüsusi taksilər fəaliyyət başlayacaq.

Bu taksilərə minən hər müştəri psixoloq məsləhəti ala biləcək. Şirkət rəhbərinin bildirdiyinə görə, evdən işə gedəndə, iş müddətində, alış-veriş zamanı bəzən xırda narazılıqlar böyük əsəb gərginliyinə səbəb olur, hətta ciddi hadisələr baş verir. Elə bütün bunları nəzərə alaraq, taksilərin arxa oturacağında əyləşən psixoloqlar müştərilərin problemlərini dinləyəcək, məsləhətləri ilə onları aqressiya və günlük stressdən uzaqlaşdırmağa çalışacaqlar.