Paylaş

Sənət aləminin tanınmış simaları “Mən Qarabağam” adlı layihə üçün bir araya gəlib.

Video çarxda yer alan xalq artisti Flora Kərimova, müğənni Miri Yusif, Dilarə Kazımova, Azad Şabanov, Emilya Yaqubova, prodüser Emin Əfəndi, aparıcılar Nanə Ağamalıyeva, Tural Əsədov, aktyor Azər Baxşəliyev, idmançı Kamil Zeynallı və başqaları Qarabağın tarixi, ermənilər tərəfindən işğal olunması ilə bağlı müxtəlif fikirlər səsləndirib.

“Mən Qarabağam” torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizə həsr olunub.