Paylaş

Bir neçə həftə əvvəl Almaniyada sevgilisi Pınar Dileklə ailə quran müğənni Tarkan toyundan sonra ilk dəfə açıqlama verib.

Kishi.az-ın  Türkiyə mətbuatına istinadən məlumatına görə, o, müsahibəyə barmağındakı nişan üzüyünü xoşbəxt şəkildə göstərərək başlayıb.

“Meqastar evləndi” deyə hər kəs şok oldu  sözünə “Niyə? Mənim evlənməyə, xoşbəxt olmağa haqqım yox idi?” deyə cavab verib.

– İstanbulda da toy edəcəksiniz? sualını isə “Hər ölkədə, şəhərdə toy etməliyik? Evləndik, bitdi artıq” deyə cavablayıb.

– Bal ayı haqda düşünürsünüz?
– Yox, pop mahnılardan ibarət albom hazırlayıram. Bitənə qədər buradayam. “Ahde vefa” türkü albomunu dinləyənlərə təşəkkür edirəm. Tərifləyənlərə də, tənqid edənlərə də “çox sağ olun” deyirəm. Hər cür maraq və diqqət gözəldir.

– Uşaq barədə nə fikirləşirsiniz?
– Çox yaxında düşünmürük. Amma Pınar hamilə olduğu üçün evlənməyimiz yalandır, dedi-qodudur. Ata olmaq istəyirəm…

– Qız ya oğlan?
– Şablon bir söz deyəcəyəm. Sağlam olsun, yetərlidir, fərqi yoxdur.

– Yeni albom necə olacaq? Bütün mahnılar xit olacaq?
– Hər halda… Məndən bunun əksini gözləyirsiniz?

– Sezen Aksu səhnədən getdiyini açıqladı. Siz də onunla dostsunuz. Bu barədə nə düşünürsünüz?
– Onu başa düşürəm. Çətindir. Səhnəyə çıxmaq, konsertlər, turnelər onu yora bilər, amma hələ səhnəyə çıxır. Hətta ölkədən xaricə də konsertlərə gedir. Yəni yorucu bir həyatdır, məşhurluq da yorucudur. Bəzən insan geri çəkilmək istəyir. Bəzən mən də bu barədə düşünürəm, amma hələ tezdir. Fikirləşirəm ki, artıq öz həyatımı yaşayım. Sonra tez olduğunu deyib dayanıram.

tarkan-ic-2-1