Paylaş

Artıq saç tökülməsi kişilər üçün geridə qalmış problem sayılır. Çünki bu gün saç transplantasiyası adi hal alıb. Amma saç transplantasiyası üçün təsadüfi tibbi müəssilələrə müraciət etmək təhlükəlidir. Müraciət etməmişdən öncə müəssisə, məhsul diqqətlə araşdırılıb, ən keyfiyyətlisi seçilməlidir.

Təcrübə göstərir ki, saç transplantasiyasında keyfiyyət göstəricisi çoxillik uğurlu nəticədir.

Elə isə əminliklə Cosmedicanı seçə bilərik. Çünki, Türkiyənin Cosmedica xəstəxanalar qrupu cərrahi və plastik əməliyyatlarla 10 ildən bəridir, nəinki yerli, həm də əcnəbi xəstələrə xidmət göstərir. Saç transplantasiyasında isə FUE texnologiyasından istifadə edir.

Bu illər ərzində səkkiz mindən çox FUE  və doqquz mindən çox plastik əməliyyatda uğurlu nəticə əldə edib.

Cosmedica keyfiyyətli xidmətinə görə, American JCI tərəfindən ən yüksək qızıl standart akreditasiyası ilə təltif olunub.

Saç transplantasiyası həyata keçirən bir çox müəssiənin qiymətlərinin bahalığı da sizi qorxutmasın. Cosmedica bu cəhətdən də əlverişlidir. Belə ki, burada qiymətlər digər ölkələrlə müqayisədə 80% daha sərfəlidir.

Hətta, hazırki ABŞ prezidentinin müşaviri və sağlamlıq islahatının idarəçilərindən olan Michael M. Honda da, Cosmedicaya səfər edib. O, çıxışında Türkiyənin tibbi turizm ilə dünyada nümunəvi ölkələr sırasında olduğunu və bu sahədə daha da sürətləndiyini ifadə edərək, Avropa ilə müqayisədə münasib qiymətlərlə yüksək keyfiyyətli sağlamlıq xidmətləri göstərən Türkiyəyə artıq əcnəbi xəstələrin də üstünlük verdiyini deyib.

Qeyd edək ki, Cosmedica Avropanın ən geniş xəstəxana qrupudur.