Paylaş
Aleksander və Janett Tojkolar 8 yaşları olanda tanış olmuşdular.
1940-cı ildə evləndilər, 5 övlad valideyni oldular, ABŞ-ın Kaliforniya ştatındakı San-Dieqo şəhərində yaşadılar.
75 illik ailə həyatından sonra onlar eyni gündə vəfat etdilər.
Bir-birlərinin əllərindən tutaraq.
Kishi.az milli.az-a istinadən bildirir ki, 84 ildən bəri Aleksander sevdiyi Janettin fotosunu portmonesində saxlayırdı.
İkinci Dünya Müharibəsinin veteranı Aleksander Tojkonun səhhətində ötən ilin əvvəllərində problemlər yaranmışdı. 2014-cü ilin payızında o, yıxılıb baldır sümüyünü sındırandan sonra vəziyyəti daha da ağırlaşmışdı.
Xəstəxanada müalicə olunandan sonra həkimlər 95 yaşlı Aleksander Tojkonu evə buraxmışdılar.
A.Tojko xüsusi çarpayıya məhkum qalmışdı.
Ərinin səhhətində problemlər yaranandan sonra 96 yaşlı Janett Tojkonun sağlıq durumu da pisləşmişdi.
Tojkoların övladlarının dediklərinə görə, onların ata və anasının yeganə arzusu əl-ələ tutub ölmək idi.
Həyatları boyu bir-birlərini sevmiş, bir-birlərinə sadiq qalmış ərlə arvadın istəklərini, deyəsən, Tanrı eşidib.
Aleksander Tojko keçinəndən cəmi 3 saat sonra Janett Tojko da vəfat edib.
Səhər saatlarında onların böyük qızı Eymi Tojko-Koşman otağa girəndə ata və anasını çarpayıda yanaşı uzanmış vəziyyətdə, əl-ələ tutmuş halda görüb.
Onların ikisi də ölmüşdü…
dying-couple married old-couple-dies-together-75-years-marriage-jeanette-alexander-toczko-3