Tərk edilmiş 10 görməli yer

Paylaş

Varlığından xəbərimiz olmasa da, tərk edilmiş bəzi məkanlar öz gözəlliyini hələ də itirməyib. Belə yerlər görənləri özünə heyran edir. Qorxulu görkəmləri ilə fərqlənən tərkedilmiş 10 yeri görməyə hazırsınız?

1. Prypiat – Ukraniya

gormeliyer1
Bura Çernobıl Atom Elektrik Stansiyasında işləmiş insanların yaşadığı Prypiatdır. Yaşanan partlayışdan sonra bu yer boşaldılır. Qorxulu şəhər kimi tanınan bu yerlərdə hələ də radioaktiv maddələrin hərəkəti mövcuddur.

2. Şiçenq – Çin

gormeliyer2
“Aslanlar şəhəri” mənasını verən Şiçenq təxminən 1350 yaşındadır. Gölün dibində yerləşir. Əsrlərdir günəşdən, eroziyadan və bütün xarici təsirlərdən qorunub ilkgünki kimi bütün detalları ilə olduğu kimi qalır. Hazırda üzgüçülük məktəblərinin və ekskursiya turlarının ən çox ziyarət etdiyi yerlərdəndir.

3. Hərbi xəstəxana – Almaniya

gormeliyer3
Bu məkan birinci dünya müharibəsində hərbi xəstəxana olaraq istifadə edilib. Almaniyada yerləşən bu xəstəxana 1945 – 1995 tarixləri arasında Sovet xəstəxanası olaraq istifadə edildikdən sonra tərk edilib.

4. Salto otel – Kolumbiya

gormeliyer4
Bu otel 1928-ci ildə Tequendema Şəlalələrini görmək istəyən turistlər üçün inşa edilib. Lakin 1990-cı ildə qapıları hər kəsin üzünə bağlanıb.

5. Haşima adası – Yaponiya

gormeliyer5
Haşima adası 1887-ci ildən istifadəyə verilmiş mədən işçilərinin qaldığı yer idi. Mədəndə baş verən problemlərə görə 1974-cü ildə sonuncu sakinlər də buranı tərk edir.

6. Kolmanskop – Nabibia

gormeli yer8

Kolmanskop Namib çöllərində tərk edilmiş almaz mədənidir. Bu şəhər XX əsrdə qum fırtınasının qurbanıdır.

7. Vonderland – Çin

gormeliyer6

Bu tərk edilmiş yer Asiyadakı ən böyük əyləncə park ola bilərdi. Lakin, dövlət və yerli kəndlilər arasında yaranan anlaşılmazlıqlara görə tikilmə mərəhələsində olan park 1998-ci ildə tərk edilir.

8. Holland adası – ABŞ

gormeliyer7
Holland adasında baş verən daimi eroziyaya görə balıqçılar və fermerlər tərəfindən tərk edilib. Bu vaxta qədər sadəcə bir ev hələ də batmayıb.

9. İsa çökəkliyi – İtaliya

gormeliyer9
Bu heykəl Guido Galleti tərəfindən hazırlanıb. Atletlərin və dənizçilərin verdiyi medallardan düzəldilən heykəl suyun 17 metr dərinliyinə yerləşdirilib.

10. Bobsled Trak – Sarayevo

gormeliyer10
1984-cü ildə Olimpiya oyunları üçüb Sarayevada bir çox idman mərkəzi inşa edilib. Bu gün tərk edilmiş xizək meydançası Yuqaslaviya müharibəsində mərmilər üçün istifadə edilib.

mənbə: mynet.com