Paylaş

“Forbes” jurnalı dünyanın ən varlı məşhurlarının siyahısını hazırlamaqda davam edir.

Kishi.az-ın Axşam.az-a istinadən xəbərinə görə, dərgi bu dəfə ən çox qazanan diceylərin siyahısını hazırlayıb.
İlk yeri məşhur aktrisa və müğənni Teylor Sviftin sevgilisi Kelvin Harris tutub. Artıq üç ildir “Ən çox qazanan dicey” seçilən Kelvin 2015-ci ildə 66 milyon dollar gəlir əldə edib.

İkinci yerdə isə Devid Qettadır. O, bu il 37 milyon dollar qazanıb.

Siyahıda yer alan digər adlar isə aşağıdakılardır:

Tiesto – 36 milyon dollar

Skrilleks – 24 milyon dollar

Stiv Aoki – 24 milyon dollar

Aviçi – 19 milyon dollar

Kaskade – 18 milyon dollar

Martin Qarriks – 17 milyon dollar

Zedd – 17 milyon dollar

Afrocek – 16 milyon dollar

Kelvin Harris