Paylaş

“Türk Hava Yolları” şirkəti Betmen seriyasının növbəti filminin premyerası münasibətilə təyyarəsini Betmenin rənglərinə boyayıb.

“Betmen Supemenə qarşı: ədalətin üfüqündə” filminin reklam filmində çəkilmiş “Boeing 777” təyyarəsinin üzərinə komiks qəhrəmanının emblemi yapışdırılıb.  “Türk Hava Yolları”nın 2011-ci ildə aldığı bu təyyarə İstanbuldan Pekin, Berlin, Seul, Honqkonq, Taybey şəhərlərinə təşkil olunan reyslərdə istifadə olunub. Qeyd olunur ki, təyyarədə uçan sərnişinlərə filmin qəhrəmanlarının surəti olan hədiyyələr veriləcək. Türk şirkəti fevral ayının əvvəlləri çəkdiyi reklam filmində səyahət edənləri Betmen filminin cərəyan etdiyi xəyali Qotem-siti şəhərinə dəvət etmişdi. “Youtube”da yayımlanan videoçarxa bir neçə gün ərzində iki milyon adam baxmışdı. “Betmen Supemenə qarşı: ədalətin üfüqündə” filminin premyerası Rusiyada 24 marta nəzərdə tutulub.

Avtosfer.az