Paylaş

Azərbaycanda yeni tikililərin sürətlə çoxalması, yeni yaşayış evlərinin inşasının sürətlə artdığı bir zamanda sağlam, keyfiyyətli ev təmiri və tikintisi gündəmə gəlib. Yeni tikiləcək evlərin dekorasiyası və təmiri üçün bir neçə şeyə diqqət etmək lazımdır. Çünki, yaşayış evlərinin tikintisində adətən ucuz və ənənəvi üsullardan istifadə olunur ki, bu da gələcəkdə daimi əlavə xərclərin yaranmasına səbəb olur. Çünki tikinti zamanı bir çox məsələlərin diqqətsizlik ya da maddi durumun pis olması səbəbindən üzərindən keçilir. Ucuz və keyfiyyətsiz məhsulların ömrü qısa olduğu üçün əslində bizə daha baha başa gəlir. Tikinti işinə qərar verdikdə əvvəlcə bir memarla və ya tikinti sahəsində təcrübəsi olan bir usta ilə məsləhətləşmək lazımdır. Çünki, müasir dövrdə texnologiyanın inkişafı və yeni məhsulların istehsalı evinizin gələcəkdə daha rahat və komfortlu olmasına kömək edir.

Tikinti işini aparmağa qərar verdiyiniz  vaxt əvvəlcə sizə lazım olacaq materialların siyahısını tutun.Handyman on the scene Bu siyahını birinci evinizi xarici təsirlərdən-nəm, yağış və qrunt sularından qorumaq üçün istifadə olunan məhsulları yazmaqla başlayın. Siyahıda yer alacaq materialları astar və üzlük olmaqla iki yerə bölün. Ən sonda isə boya məhsullarını qeyd edin.

Bu siyahının tutulması sizə əlavə  zaman və maliyyə qazandıracaq. Çünki siyahı üzrə araşdırmalar aparan zaman siz ən keyfiyyətli və büdcənizə uyğun materialları seçmək şansını əldə edəcəksiniz. Ona görə də, sizin iş planınız və inşaat materiallarınız nə qədər keyfiyyətli olarsa gələcəkdə təkrar-təkrar eyni işləri yenidən görmək məcburiyyətində qalmayacaqsınız.

Buna görə də biz sizin üçün tikinti zamanı istifadə edə biləcəyiniz iş planlaması hazırladıq. Bu plan əsasında hərəkət etdiyiniz zaman inşa etdiyiniz obyekt və ya mənzil daha rahat, istifadəyə yararlı, uzunömürlü və keyfiyyətli olacaq:

  • -hidroizolyasiya və betonlama işləri
  • hörgü işlərinə lazım olan məmulatlar
  • -dam örtüyü və döşəmə sistemləri
  • -pəncərə və qapı
  • -istilik izolyasiya sistemləri(dam, döşəmə, divar)
  • -kanalizasiya, su və elektrik təchizatı
  • -xarici hidroizolyasiya
  • -ümumi dekorasiya və təmir

Təmir və inşaat işlərində sizə uğurlar!

Usta.az