Paylaş

Bu il iyunun 19-da Azərbaycanda ilk dəfə Formula-1 yarışları təşkil olunacaq. Kishi.az GSR.fm-ə istinadən xəbər verir ki, yarışlar zamanı yollardakı tıxaclar, avtomobillərin hərəkəti barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. O bildirib ki, tıxacların qarşısının alınması üçün tədbirlər görüləcək:

“Formula 1 yarışları zamanı tıxacların qarşısını almaq üçün tədbirlər görüləcək. Son illər Azərbaycanda bir necə beynəlxalq tədbirlər keçirilir. Ötən il 2015 Avropa Oyunlarında da nə tıxac, nə nəqliyyat problemi yaşanmadı. Sözsüz ki, bu sahədə kifayət qədər artıq tədbirlərimiz var. Düşünmürəm ki, nəsə bir problem olacaq. Bu cür tədbirlərin keçirilməsind xüsusilə ictimaiyyət də yaxından iştirak edir. Sürücülər həmişə bizim verdiyimiz tövsiyyələrə, xəbərdarlığa əməl ediblər. Buna görə onlara həmişə minnətdarıq”.

Kamran bəy eyni zamanda bildirdi ki, ehtiyac yaranarsa, yarışlar zamanı  xüsusi zolaqlar da salınacaq:

“Bakı-2015 idman oyunları müxtəlif yerlərdə keçirildiyi üçün xüsusi zolaqların salınmasına zərurət var idi. Ancaq hələki Formula 1 üçün belə bir zərurət yoxdur. Əgər yarışın başlanmasına yaxın belə bir zərurət yaranarsa, təbii ki, bu cür zolaqlar salınacaq. Hələki problem yoxdur, ona görə də bu məsələ müzakirə olunmayıb”.