Paylaş

Prodüser Tolik Dağıstan Respublikası “Əməkdar mədəniyyət işçisi” adı ilə təltif olunub. O, bu barədə təəssüratlarını Kishi.az-la bölüşüb:

“Mən həmişə deyirəm ki, Allah heç kimin əməyini yerdə qoymasın. Mənim heç ağlıma gəlməzdi ki, nə vaxtsa, Dağıstan “əməkdar mədəniyyət işçisi” adını alaram. Çünki mən hər gün Dağıstana gedib-gəlmirəm, orada yaşamıram. Amma Dağıstan Mədəniyyət Nazirliyi ilə mütamadi olaraq  bəzi vaxtlar işlər görmüşəm. Dərbəndin 2000 illiyində mənim onlara bəzi işlərdə köməyim dəyib. Azərbaycanda heç bir prodüser belə bir ad almayıb. Nə yaxşı ki, burda da bir ilkə imza atdım. Təbii ki, sevinirəm. Çünki bu hər hansısa şirkətin yox, Dağıstan Respubliksının başçısının imza atdığı bir fərmandır. Azərbaycanda yalnız 4 nəfər Dağıstan xalq artisti adı alıb: İlhamə Quliyeva, Ədalət Şükürov, Aftandil İsrafilov, Mirsaleh Muradov. Mən də əgər  mədəniyyət işçiləri arasında o beşliyə düşmüşəmsə, nə xoş mənə. Ataların belə bir misalı var: Yaxşı əsgər o əsgərdir ki, general olmaq istəyir. Mən də istəyərdim ki, Azərbaycanda da belə bir ad alım. Kimsə əgər belə bir şey istəməkdən utanırsa, mən utanmıram.  İstərdim ki, Azərbaycan dövləti məni bir prodüser kimi tanısın və mədəniyyətdə 14 illik fəaliyyətimə görə mənə belə bir ad versin”.