Paylaş

Kral ailəsinə məxsus toy tortunun dilimi hərracda böyük məbləğə satılıb.

ABŞ-da Uels şahzadəsi Diana və şahzadə Çarlzın 1981-ci ildə keçirilən toy mərasimi üçün hazırlanan tortun bir parçası 1375 dollara satılıb. Tort diliminin saxlanıldığı qutunun üzərində gümüşü hərflərlə şahzadə Çarlzın və Diananın adlarının baş hərfləri, toyun tarixi və keçirildiyi yer həkk edilib. Hərracı qazanan Sem Heller öz fikirlərini belə ifadə edib:

“Kolleksiyaçılar ötən əsrin ən məşhur tarixi tortunun bir parçasını almaq üçün böyük məbləğdə vəsait xərcləməyə hazırdırlar”.

Şirniyyatçı Devid Eyver tərəfindən hazırlanan və 34 il xüsusi şəraitdə saxlanılan meyvəli tort diliminin görünüşü isə yaxşı qiymətləndirilir. Desertin xarici görünüşü dəbdəbəli tarixi toydan indiyə qədər keçən uzun illər ərzində heç dəyişməyib. (Atv.az)

tort dilimi