Paylaş
Man eats an enormous roll

“Kişilərdə  obezlik, şəkər xəstəliyi yaxud da hər hansı xəstəliyə bağlı kökəlmə baş verirsə, belə insanlar ikili problemlə – həm artıq çəkisi həm də xəstəlilləri ilə mübarizə aparmış olur”.

Bu sözləri KİŞİ.az saytına artıq çəkinin kişilərin psixologiyasına təsirindən danışarkən psixoterapevt Şəbnəm Sadıqova deyib:

“Amma ümumilikdə sadəcə kökəlmənin  kişilərin psixologiyasına təsirindən danışsaq,  həmin kişilərdə kompleks əmələ gəlir. Bu, onların nəinki şəxsi münasibətlərinə, hətta iş münasibətlərinə də təsir göstərə bilər. Çünki müəyyən ağırlaşma, hərəkətlərdə  lənglik, perperformansın aşağı düşməsi ilə başlanan problemlər  özünəqapanma, açıq yerlərdə yaranan  bağlı qorxulara qədər gedib çıxa bilir. Təbii ki, kökəlmə zamanı idmanla məşğul olmaq daha faydalıdır, amma psixoloq kimi fiziologiyaya yönəlməyin tərəfdarı deyiləm.  Əgər bir insanda qidalanma problemləri varsa, həmin insanın düşüncələri üzərində də dayanmaq lazımdır.  Hansı situasiyalarda bu insan yemək yeməyə qaçır? Məsələn, cinsindən asılı olmayaraq bir çox insanlar stresli olduğu vaxt yemək yeyirlər, əsəbləşən zaman problemi həll etmək yerinə qidalanmaya üstünlük verirlər. Çünki toxluq rahatlama effekti verir. İnsanlar  düşünürlər ki,  bu rahatlama ilə problemləri həll olunur.  Artıq bu adət halını aldıqda kökəlmək qaçılmaz olur”.