Paylaş

Hündürlük insanın ümumi şəxsiyyətini müəyyənləşdirən vacib amildir. Baxmayaraq ki, boyun qısa olması şəxsin qabiliyyətlərinə və nüfuzuna kölgə salmır, hündür boylu insanlar çox zaman diqqət mərkəzində olurlar. Qısa boylu insanlar təkcə əminlik hissinin çatışmazlığından əziyyət çəkmir, eləcə də öz həyatlarının bəzi aspektlərində müəyyən çətinliklərlə üzləşirlər.

Bu barədə Kishi.az-a müsahibə verən məşqçi Ceyhun Vəliyev dolayı yolla boyun uzanmasının mümkün olduğunu bildirib:

“Trenajor vasitəsilə boyu uzatmaq mümkün deyil. Dolayı yolla mümkündür. Yəni maddələr mübadiləsinin və qan dövranının yaxşılaşması nəticəsində boy qismən də olsa uzana bilər. Normal olaraq boy artımı 18-25 yaş arası mümkündür. Xanımlarda 18-22, kişilərdə 22-25 arası boyun uzanması olur. Bu yaşdan sonra mümkün deyil. Boy artırmaq üçün istifadə edilən vitaminlərin istifadəsi məsləhət deyil. Çünki boyun artması genetik faktordur”.