Paylaş

Martın 13-də Ankarada baş vermiş terror hadisəsinə  türkiyəli məhşurlar  sosial şəbəkələrdəki hesablarından  etirazlarını bildiriblər. Kişi.az haber01.com-a istinadən onlardan bir neçəsini təqdim edir:

Cem Yılmaz:

“Allah insanlara dözüm versin.  Ölkəmin başı sağ olsun. Kişi həyatının ən dəyərsiz olduğu günləri yaşadan bütün şərtlərə  lənət olsun”.

Acun Ilıcalı:

“Ankarada baş vermiş hücumlarda həyatını itirən vətəndaşlarımıza Allahdan mərhəmət, yaralılara isə tezliklə  şəfa tapmalarını arzu edirəm. Başımız sağ olsun”.

Funda Arar:

“Uşaqlığımın keçdiyi Ankara, sevdiklərimin qaldığı şəhər mərkəzi.  Artıq sözlər də yetmir. Ah mənim ağıllı ölkəm”.

Demet Akalın:

“İşçi biz yaxşıyıq deməyə utanır. Biz yetmirik, yenə bizə ağır bir şey oldu”.

Gonca Vuslateri:

“Başımız sağ olsun. Bəsdir bundan sonra… Bəsdir!”.

Esra Erol:

“Ya Səbr deməkdən də keçdim. Ürəyimdə dözüm,  dilimdə qarğış sözlərinin  alternativi qalmadı ”.

Ferhat Göçer:

“ Bu necə canilikdir, bu necə vəhşət. Yenə də iztirab, yenə  qan, yenə. Bəsdir, bundan sonra qurtarsın bu kabus”.

Tuğçe Kazaz:

“Ankarada qəlbimizi yenə partlatdılar. Terroru, terroristi və onlara qarşı reaksiya verməyən siyasətçiləri qınayıram”.